24 C
Baku
Cümə, Sentyabr 17, 2021

Təzə mal və qoyun əti ucuzlaşır, kolbasa bahalaşır

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda rəsmi statistikaya görə, inək, qoyun əti ucuzlaşmışa da kolbasa və toyuq ətlərinin qiymətlərində bahalaşma müşahidə edilməkdədir.

Banker.az xəbər verir ki, sümüksüz mal ətinin qiyməti 12.4₼/kq olmuş, bu da aylıq müqayisədə 0.2%, illik isə 1.3% ucuzlaşma deməkdir. Statistika 1 iyul 2021-ci il tarixinədir.

Sümüklü mal ətinin qiyməti isə daha çox ucuzlaşıb. Belə ki, hazırda sümüklü mal ətinin qiyməti ölkədə orta statistik qiyməti 10.36₼/kq-dır. Bu da son bir ayda 0.3%, son bir ildə isə 3.5% ucuzlaşma deməkdir.

Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, qoyun ətinin (sümüklü) qiyməti 11.79₼/kq olmuş, bu isə son ayda 0.2%, son bir ildə isə 0.7% ucuzlaşma deməkdir.

Toyuq ətinin qiyməti 4.65₼/kq olmuş, aylıq 0.6%, illik isə 5.6% bahalaşma deməkdir. Toyuq budunun qiyməti isə 4.41₼/kq olmuş, bu da aylıq 0.6%, illik 2.5% bahalaşma deməkdir.

Mal ciyərinin qiyməti isə 6.65₼/kq olub. Kəskin dinamika müşahidə edilmir.

Konservləşdirilmiş mal əti qiyməti son bir ildə 10.17₼/kq-dan 10.54₼/kq-ya yüksəlməklə illik 3.6% bahalaşma yaşayıb.

COVID-19 pandemiyası ərəfəsində qablaşdırılmış məhsulların qiymətində mühüm artımlar müşahidə edilməkdə idi. Bu da bir çox ölkələrin ticarət əlaqələrində ehtimal edilən dəyişmələrdən ehtiyatlanmaq üçün ərzaq təhlükəsizliyi üçün edən icracatçılar səbəbindəndir.

Məslən, Azərbaycana xaricdən idxal edilən hisə verilmiş kolbasanın qiyməti son bir ildə bazarda 20.8% bahalaşıb. Ötən ilin 1 iylunda 13.78₼/kq qiymətinə satılan bu kolbasa, cari ilin eyni dövrünə 16.65₼/kq qiymətinə satılır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər