27 C
Baku
Wednesday, April 24, 2024

TƏBİB açıqlamalar verir – CANLI

17:50/“Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti qadağandır. Amma taksi xidməti fəaliyyətdə olacaq”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatın qadağan olunmasının əsas səbəbi insanların kütləvi toplaşdığı yerləri minimuma endirməkdir: “Bu, çətin də olsa, hər bir təşkilat şənbə və bazar günləri işləyən əməkdaşların işə gedib-gəlməsini təşkilatın avtomobilləri ilə, şəxsi avtomobillərlə, bunlar olmasa, taksi xidməti vasitəsilə təmin etməlidir. Düşünürəm ki, 2 günlük məhrumiyyət ümumi çətinlik yaratsa da, dediyim hallarla vəziyyəti həll etmək olar”.


17:49/“Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti qadağandır. Amma taksi xidməti fəaliyyətdə olacaq”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatın qadağan olunmasının əsas səbəbi insanların kütləvi toplaşdığı yerləri minimuma endirməkdir: “Bu, çətin də olsa, hər bir təşkilat şənbə və bazar günləri işləyən əməkdaşların işə gedib-gəlməsini təşkilatın avtomobilləri ilə, şəxsi avtomobillərlə, bunlar olmasa, taksi xidməti vasitəsilə təmin etməlidir. Düşünürəm ki, 2 günlük məhrumiyyət ümumi çətinlik yaratsa da, dediyim hallarla vəziyyəti həll etmək olar”.


17:46/ “Son vaxtlar koronavirusa yoluxmanın xəstəliyi olmayan və yaşı gənc olanlarda da ağırlaşma ilə nəticələndiyinin şahidi oluruq”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, COVID-19 xəstəliyinin hazırda çox ciddi yeni klinik əlamətləri meydana çıxmaqdadır: “Xəstəlik həm mərkəzi sinir sistemini zədələyə bilir, həm laxtalanma sisteminə çox ciddi təsir edir, müxtəlif orqanlarda tromboza səbəb ola bilir. Diabet xəstələrində çox ağır patologiyalara səbəb olur. Genetik faktorlar burada çox önəmlidir. Xəstəliyin autoimmun xarakterdə keçməsi baxımından xəstəliyi ailələr şəklində ağır şəkildə keçirənləri görürük. Təəssüflər olsun ki, yoluxma sayı artdıqca və daha çox əhali arasında yayıldıqca ağır keçirilən halların da şahidi oluruq”.


17:43 /“Bəzən şəxslər tanımadığı adamların şəxsiyyət nömrəsini təqdim edərək SMS icazə alırdılar”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Dövlət Agentliyinin sədri deyib ki, hazırda yalnız şəxsiyyət vəsiqəsinin sahibinə icazə verilməsi barədə SMS məlumat göndəriləcək: “Cavab SMS-i də 15 dəqiqəyə gəlir. Bəzən təşkilat əməkdaşlarına ölkə ərazisi üçün icazə alır. İşlədiyi ərazini tərk etmək yalnız ezamiyyə əsasında ola bilər. Sabahdan etibarən icazə.gov.az saytında ezamiyyə bölməsi yaradılıb, təşkilat sabahdan həmin şəxslə bağlı ezamiyyə məlumatlarını o bölməyə daxil etməlidirlər. Polis postlarında da bu ezamiyyə yoxlanacaq”.


17:33/ Azərbaycanda koronavirusa yoluxmanın yaş faizləri açıqlanıb.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O deyib ki, 0-9 yaş arası virusa yoluxma 5%, 10-19 yaş arası 6%, 20-29 yaş arası 14%, 30-39 yaş arası 18%, 40-49 yaş arası 15%, 50-59 yaş arası 21%, 60-69 yaş arası 16%, 70-79 yaş arası 4%, 80 yaşdan yuxarı isə 2 % təşkil edir.


17:30/ Ramil Bayramlı: “Son həftələr daha gənc insanlarda da letal, yəni ölüm halları artır. Bu, virusun mutasiyaya uğraması ilə izah edilir. Ailə şəklində xəstəliyi ağır keçirənlər çoxdur”.

R. Bayramlı nəzərə çatdırıb ki, yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir: “Bu, yas yerlərində toplaşma ilə bağlıdır. Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan və təmasları aşkar edilib”.


17:27/“Mart ayında günlük 6-8 min icra etdiyimiz testlərin arasında pozitiv çıxanlar 0,7 faizə qədər enmişdi”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, ancaq hazırda bu göstərici 8-11 faizə çatır: “Biz ya sərt karantin rejiminin müddətini artırmalı, ya da qaydalara əməl etməklə normallaşmış həyat tərzinə davam etməliyik”.


17:25/  Koronavirusa ümumi yoluxmanın 55,1 faizi Bakıya düşür.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Abşeron 16,3 faiz, Gəncə-Qazax 8,4 faiz, Aran 7,5%, Lənkəran 5,8 %, Quba-Xaçmaz 1,6 %, Şəki-Zaqatala 1,4%, Yuxarı Qarabağ 1,1%, Dağlıq Şirvan 1,2% təşkil edir. Yoluxmanın 1,3 %-i xaricdən gələnlərdə aşkarlanıb


 17:20/ TƏBİB sədri Ramin Bayramlı: “Karantin rejimi tətbiq olunmasa, yoluxma 2-3 qat artıq olardı”

“Sərt karantin rejimi yoluxmaların sayını stabil saxlamağa imkan verib. Tətbiq edilən karantin rejimi ilə yoluxmanın səviyyəsini sabit saxlamağa nail olmuşuq”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər