22 C
Baku
Wednesday, October 9, 2024

TƏBİB-in İdarə Heyətinin sədri: “Simptomsuz şəxslər 30-60 şəxsi yoluxdura bilər”

“Ötən həftə ərzində karantin qaydalarına əməl etməməyin nəticəsi olaraq bu gün yoluxma sayı artıb”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, karantin rejimini pozan şəxslərin sayı hələ də çoxdur: “Bu da riskləri artırmış olur. Simptomsuz şəxslər 30-60 şəxsi yoluxdura bilər. Əgər qaydalara yenə də əməl edilməsə daha ciddi tədbirlər üçün hökumətə müraciət edəcəyik”.

TƏBİB sədri bildirib ki, yoluxma zənciri qırılsa normal həyata daha tez qayıtmaq olar.

©Report

Son xəbərlər
Digər xəbərlər