TƏBİB-in yeni nizamnamə layihəsi və nizamnamə Fondu müəyyən ediləcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti TƏBİB-in yeni nizamnaməsinin layihəsini və nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabineti eyni zamanda əczaçılıq sahəsində dövlət siyasətinin, o cümlədən dərman vasitələrinin dövlət qeydiyyatı və qiymətlərinin müəyyən edilməsi mexanizminin təkmilləşdirilməsinə, eləcə də bu sahədə rəqəmsallaşdırılmanın təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.