12 C
Baku
Friday, March 29, 2024

TƏBİB: Müəyyən məkanlar mərhələli şəkildə açıla bilər

“Bərbərxanaların və gözəllik salonlarının açılması ehtiyacdan idi”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi bildirib ki, insanların bu xidmətlərdən yararlanmağa sosial ehtiyacı yaranmışdı: “Zərgərlik məmulatlarının satıldığı məkanların açılmasına düşünmürəm ki, kimsə bu qədər ehtiyac duysun. Ona görə də müəyyən məkanların açılması mərhələli şəkildə reallaşa bilər”.

Son xəbərlər
Digər xəbərlər