21 C
Baku
Thursday, October 10, 2024

TƏBİB sədri xaricdə təhsil almış həkimlərə çağırış edib

“Xaricdə təhsil alan tibb işçilərinin Azərbaycanda işləməsi üçün hər cür şərait yaradılıb”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Türkiyədə 764 nəfər təhsil alıb ki, onların 560-sı tibb təhsili alıb.

O bildirib ki, onların 384-ü rezidentura,173 nəfər baza ali tibb təhsili, 3 nəfər magistratura, 16 nəfər doktorantura təhsili alıb: “Həmkarlarımızın Azərbaycanda çalışması üçün çox gözəl şərait yaradılıb. Arzu edərəm ki, gənclərimiz bu 3 aylıq layihənin sonunda Azərbaycanda çalışmaq qərarı verəcəklər”.

©Report

Son xəbərlər
Digər xəbərlər