“Bu ilin son ayının 4 həftəsində yoluxmalar arasında 59 %, ölüm sayında 39 % azalma müşahidə olunub”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Ölkədə yenə də ən çox pozitiv nəticələr Bakı və Abşeronda qeydə alınıb. Bakıda daha çox Xətai və Binəqədi rayonu ərazisində qeydə alınıb. Vəziyyəti stabil olaraq qiymətləndiririk, vəziyyət nəzarət altındadır”, – o əlavə edib.