Təbii qazın ölkədaxili tarifləri tənzimlənib.
Banker.az xəbər verir ki, Tarif Şurası bu barədə qərar verib.
Təbii qazın ölkədaxili tarifləri:
| № | Xidmətlərin adı | Ölcü vahidi | Tariflər (manat, ƏDV ilə) | 
| I | II | III | IV | 
| 1. | Təbii qazın nəqli və saxlanması | min m3 | 20,0 | 
| 2. | Təbii qazın istehsalçıdan satınalınması | min m3 | 90,0 | 
| 3. | Təbii qazın qaz paylayıcılarına topdansatışı | min m3 | 135,0 | 
| 4. | Təbii qazın pərakəndə satışı | ||
| 4.1. | Əhali | ||
| 4.1.1. | illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün | min m3 | 125,0 | 
| 4.1.2. | illik istehlak həcminin 1200 – 2500 m3 olan hissəsi üçün | min m3 | 220,0 | 
| 4.1.3. | illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün | min m3 | 300,0 | 
| 4.2. | Qeyri-əhali | ||
| 4.2.1. | Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti | min m3 | 165,0 | 
| 4.2.2. | Sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri | min m3 | 185,0 | 
| 4.2.3. | Metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə məqsədilə | min m3 | 205,0 | 
| 4.2.4. | Sənaye və kənd təsərrüfatı sahələri | min m3 | 240,0 | 
| 4.2.5. | Digər sahələr | min m3 | 285,0 | 
| 5. | Magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla ölkə daxilində satılan elektrik enerjisinin (bu qərarın 5-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla) istehsalı məqsədləri üçün (aylıq istehlakı 10 milyon m3-dən az olmamaq şərti ilə) | min m3 | 185,0 | 


                                    




