“Azərbaycanın Neftçala rayonunda yerləşən Azərbaycan-İran müştərək avtomobil zavodunda “Khaza”, “Rana” və “Dena” markalı avtomobillər istehsal olunur. Tezliklə bu maşınlardan 10 ədədi Rusiyaya ixrac ediləcək”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bildirib. Səfir deyib ki, zavodun 75%-i Azərbaycanın “Azərmaş” və 25%-i İranın “Khodro” şirkətinə məxsusdur.
B. Hüseynov Təbriz-Bakı aviareysinin yenidən açılacağını da əlavə edib.
Qeyd edək ki, sözügedən aviareys üzrə uçuşlar təxminən bir aya yaxındır, ləğv olunub.