Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir.
Bu barədə İran KİV xəbər verir ki, bunu qonşu ölkənin Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərmast bildirib.
Onun sözlərinə görə, bu, iki ölkə arasında iqtisadi, o cümlədən turizm əlaqələrinin inkişafına əhəmiyyətli təsir göstərəcək.
Bundan başqa, B.Sərmast qeyd edib ki, İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi barədə razılıq əldə olunub:
“İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri zamanı Azərbaycanda təhsil alan İran tələbələri üçün sərhəd keçidinin sadələşdirilməsi, həmçinin İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi və birgə elmi-tədqiqat və texnoloji layihələrin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub”.