İŞÇININ VƏZIFƏSI:
– Biznes bölmələrlə sıx əməkdaşlıq şəraitində həmin bölmələrin zəruri materiallarla təmin edilməsi üzrə layihələrin hazırlanmasında iştirak edillməsi və həvalə olunan layihələrin idarə edilməsinin həyata keçirilməsi;
– Tabe olduğu və ya digər biznes menecerlərə davamlı satınalmalar üzrə proses və strategiyaların hazırlanması üçün təşəbbüslərin təqdim olunması;
– Biznes tələblərlərə mövcud resurslara, müqavilə şərtlərinə və maretinq imkanlarına uyğun şəkildə illik təchizat planının tərtib olunması;
– Təchizat üzrə müqavilələrin bağlanması üzrə keyfiyyət, qiymət, xidmət və risklərin azaldılması üçün ən optimal kombinasiyanın əldə olunması üçün danışıqların aparılması;
– Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
– Bankın tələbatına əsasən əsas vəsaitlər, inventar və ləvazimatların satın alınması;
– Möhür və ştampların hazırlanması üçün və ciddi uçot blanklarının sifariş verilməsi və onların ləğv edilməsi;
– Poliqrafik materialların çap edilməsi məqsədi ilə onların sifariş verilməsi;
– Təlimlərin təchizatı ilə bağlı işlərin yerinə yetirilməsi;
– Anbar uçotu və əsas vəsaitlərin uçotuna nəzarət edilməsi;
– İnventarizasiya işi və inventarların daxili yerdəyişməsinə nəzarət edilməsi;
– Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılması.
TƏLƏBLƏR:
– Ali iqtisadi və ya texniki təhsilin olması;
– İnkişaf etmiş texniki və kommersiya biliyi;
– Müvafiq sahədə iş təcrübəsinin 5 ildən artıq olması;
– Ofis proqramları və mühasibatlıq proqramları üzrə geniş bilik və iş bacarığına malik olması;
– SAP Materials Management sistemi üzrə biliklərin olması üstünlükdür;
– Azərbaycan, Rus dilində səlis yazı və danışıq bacarıqlarının, ingilis dili səviyyəsinin yaxşı olması;
– Müqavilələrlə iş təcrübəsinin olması;
– ISM setifikasiyasının olması üstünlükdür;
– Təzyiq altında işləmək bacarığının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 mart 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təchizat şöbəsinin müdiri” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.