Təcili tibbi yardım avtomobillərinin (Ambulans) avtobus zolaqlarında hərəkətinə icazənin verilməsi ilə bağlı aidiyyəti üzrə danışıqlar gedib.
Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə sualları cavablandırarkən deyib.
O qeyd edib ki, əgər müraciət müsbət həllini tapsa, təcili tibbi yardım avtomobilləri çağırış yerinə daha tez çatacaq.