26 C
Baku
Wednesday, April 24, 2024

Təcrübəsiz şəxslər bank işçisi ola bilərlər

Universiteti qurtardıqdan sonra sizi gözləyən növbəti mərhələ işə düzəlməkdir. Məlumdur ki, üstünlük əlbəttə təcrübəli işçilərə olacaq, amma nəzərə almaq lazımdır ki, təcrübəsiz şəxslərə təlimlər keçməklə həm yeni kadrların potensialını ortaya çıxara , həm də yalnız sizin bankı təmsil edə biləcək yeni sima tapa bilərsiz. Təcrübəsiz şəxsdən bank işçisi ola bilər?  Beləliklə, suala cavab tapmaq üçün  müəyyən olunmuş standartlara nəzər salaq.

İşçilərə qarşı tələblər formalaşdıqdan və müəyyən edildikdən sonra, namizədləri tanımaq, onlar arasında müqayisə aparmaq, onların təyin olunduqları vəzifəyə, bankın strukturuna uyğun olmalarını müəyyən etmək və nəticə olaraq kimin işə götürülməsi qərarını qəbul etmək üçün metodologiya yaradılmalıdır.

Bankın strateji və əməliyyat aspektlərində bütün işçilərin mühüm rolu vardır. Onlar vəzifə tələbatlarına uyğun olaraq həm bank daxilində, tələbat olduğu halda xaricdə təlim və ixtisas artırma kursları keçməlidirlər.

Ümumi təlim siyasətinin bir hissəsi kimi, bank yüksək göstəriciləri olan işçiləri müəyyən edə və onlar üçün idarəetmə rəhbərlik bacarığını inkişaf etdirmə proqramını həyata keçirə bilər. Belə proqram yüksək potensialı olan rəhbər işçiləri hazırlamaq habelə mövcud olan rəhbər işçilərin idarəetmə fəaliyyətini təkmilləşdirmək üçün banka xidmət edəcəkdir.

Rəhbərlik vərdişlərini inkişaf etdirmək adətən bankın tələblərindən doğur. Yəni Strateji Plan bankın strateji məqsədlərinə çatması üçün rəhbər işçilərin səviyyəsini və onların inkişafı yollarını müəyyən etməlidir. Geniş və ən çox tətbiq edilən nəzəriyyələrdən biri də “iş başında təlim”(praktiki) təlimidir ki, bu da əməkdaşlardan gündəlik gördüyü işlərin icra prosesində özünü inkişaf etdirməsini tələb edir. Buna baxmayaraq, Strateji Plan öz-özünü inkişaf etdirmənin yollarını göstərməlidir.

Strateji qabiliyyət – optimal strateji hərəkət istiqamətini müəyyənləşdirmək üçün bankın güclü və zəif tərəflərini, imkanlarını və təhlükələri anlamaq (SWOT analiz);

Bank işi üzrə texniki təlimlər – riskin idarə olunması, idarəçilik hesabatları, yeni məhsulların, müştəri xidmətlərinin inkişafı, və s. kimi sahələr üzrə mükəmməl təcrübə ilə bağlı bilikləri inkişaf etdirmək. Həmçinin, bank qanunvericiliyində baş verən dəyişikliklər barədə xəbərdar olmaq üzrə təlimlər;

Dəyişikliklər etmə üzrə rəhbərlik qabiliyyəti – dəyişikliklər etmə üzrə ehtiyacları müəyyənləşdirmək, dəyişikliklər etmə proqramlarını planlaşdırmaq və başqalarını həmin proqramlarda iştirak etməyə stimullaşdırmaq.

Qruplarla/insanlarla işləmə qabiliyyəti (komanda qurmaq) – birlikdə səmərəli şəkildlə işləmək üçün insanları müxtəlif şöbələrdən bir yerə yığmaq, başqalarını qiymətləndirməklə və konstruktiv rəy verməklə motivasiya etmək;

Əlaqələrin idarə edilməsi – başqaları ilə şəbəkə yaratmaqla məlumat mübadiləsi aparmaq və resursları toplamaq

Qeyd edək ki, yeni kadrlar peşəkar olandan sonra yeni iş yerləri axtarmağa başlayacaqlar. Əlbəttə ki, banklar bu halda özlərinin inkişaf etdirdikləri yeni simalarını itirməmək üçün əmək haqqlarını artıra və ya mükafatlandırmaqla onları iş yerində saxlaya bilərlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər