9 C
Baku
Friday, December 13, 2024

Tədqiqat: 2020-ci il qlobal iqtisadiyyat üçün İkinci dünya müharibəsindən bəri ən pis dövr olacaq

2020-ci il qlobal iqtisadiyyat üçün İkinci dünya müharibəsindən bəri ən pis dövr olacaq.

Banker.az xəbər verir ki, bu barədə ACCA və IMA tədqiqatlarının nəticələrində deyilir.

Analitiklərin fikrincə, 2020-ci ilin birinci rübündə qeydə alınan azalmadan sonra müəyyən canlanma var ki, bu da ilin ikinci yarısında iqtisadiyyatın bərpa olmağa davam etməsinə ümid yaradır. Bununla yanaşı, dünyanın bir çox ölkələrində vəziyyət hələdə pis olaraq qalır.
Regionların çoxunda kapital xərcləri və məşğulluq fəaliyyəti göstəriciləri rekord səviyyəyə düşüb. “Qarşıdakı rüblərdə, sosial uzaqlaşma və istehlakçı ehtiyatlılığı şəraitində, bərpa üçün əngəllərin qalması ehtimalı var. İqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün çox şey əmtəə qiymətlərindən, eləcə də iqtisadiyyatın bərpa tempindən asılı olacaq”, – mesajda deyilir.

Gələcək bərpa baxımından ən böyük gözləntilər Şimali Amerika ilə bağlıdır, burada respondentlərin üçdə biri iyul-sentyabr aylarında artım gözləyir. Qərbi Avropada respondentlərin böyük payı bərpa işlərinin 2021-ci ilə qədər təxirə salınacağını güman edir, Afrika və Cənubi Asiya respondentləri təxminən oxşar fikirdədirlər.

Maliyyə sektoru mütəxəssislərinin fikrincə, ikinci rübdə iqtisadi güvənin bir qədər yaxşılaşması əlamətləri olsa da, bütün dünyanı işsizliyin kəskin artması problemi gözləyir.

Son xəbərlər
Digər xəbərlər