15 C
Baku
Saturday, April 20, 2024

Tədqiqat: 2024-cü ilədək elektrikli və adi avtomobillərin qiyməti bərabərləşəcək

Daxili yanma mühərriki ilə işləyən və elektrikli avtomobilin qiymətindəki fərq 2022-ci ilə qədər 1900 dollar azalacaq, 2024-cü ilə qədər isə tamamilə yox olacaq.

Banker.az xəbər verir ki, bu barədə UBS investisiya bankının tədqiqatına istinadən “The Guardian” məlumat verib.

Bankın bildirdiyi kimi, ənənəvi avtomobil satışını davam etdirməyi planlaşdıran istehsalçılar, elektrikli nəqliyyat vasitələrinə 33 milyard dollar investisiya qoymağı vəd edən “Tesla” və “Volkswagen”dən geri qalmaq riski ilə üzləşəcəklər.

Qəzet yazır ki, böyük avtomobil istehsalçıları daxili yanma mühərrikli modellərin istehsalını elektrikli nəqliyyat vasitələrinin istehsalına çevirmək istəmirlər. Onlar demək olar ki, tamamilə Cənubi Koreyanın “LG” və Yaponiyanın “Panasonic” kimi Şərqi Asiya şirkətləri tərəfindən istehsal olunur.

Xatırladaq ki, 2020-ci ilin sentyabrında “Uber” şirkəti 2040-cı ilə qədər elektrikli avtomobillərə keçəcəyini açıqlamışdı. Şirkət “yüz minlərlə” sürücüyə elektrikli avtomobillərə keçməyə kömək etmək üçün 800 milyon dollar vəsait ayırmağa razı olduğunu bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər