26 C
Baku
Saturday, April 20, 2024

Tədqiqat: maliyyə və istehlak xidmətləri gələcək milyonçular üçün ən perspektivli sahələr hesab edilir

Wealth-X şirkəti milyonçular üçün ən perspektivli sənaye sahələrinin reytinqini tərtib etdi.

Tədqiqat zamanı 5 milyon dollardan çox sərvətə sahib olan minlərlə insan haqqında məlumatlar təhlil edilib. Bu barədə Business Insider məlumat verib.

1. Bank işi və maliyyə. Wealth-X-in verdiyi məlumata görə, sərvəti 5 milyon dollardan çox olan insanların çoxu sərvətini bank işi və ya maliyyə sahəsində qazanıb – 22,6%.

2. İstehlak xidmətləri. Zəngin adamların 16%-i sərvətini istehlak xidmətləri sahəsində qazanıb.

3. Qeyri-kommersiya və ictimai təşkilatlar. Wealth-X-in verdiyi məlumata görə, zəngin adamların 7%-i pulsuz çalışır. Buna baxmayaraq, onların çoxu (məsələn, Bill Qeyts və Melinda Qeyts) öz sərvətini digər sahədə qazanıb.

4. Daşınmaz əmlak. Bu sahədə zəngin adamların 5,4%-i çalışır.

5. Səhiyyə. Sərvəti 5 milyon dollardan çox olan insanların 4,9%-i pullarını səhiyyə sektorunda qazanıb.

6. Texnologiyalar. Texnologiya milyarderləri, məsələn, Bill Qeyts, Mark Çukerberq və Larri Peyc dünyanın ən zəngin adamları sırasında olsalar da, bu sənayenin payı cəmi 4,7%-dir.

7. İstehsal.  Wealth-X-in verdiyi məlumata görə, zəngin adamların 4,1%-i öz sərvətini istehsal sahəsində qazanıb.

8. Otelçilik və əyləncə. Otelçilik və əyləncə sahəsində qazanc götürmüş milyonçuların payı 4,1% təşkil edir.

9. Tikinti və texnika istehsalı. Zəngin adamların 3,9%-i bu sənayenin payına düşür.

10. Qida və içkilər.  Wealth-X-in verdiyi məlumata görə, iş adamlarının cəmi 3,8%-i bu sahədə 5 milyon dollardan çox qazanc əldə etmişdir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər