Pandemiyanın birinci dalğası ilə ən yaxşı mübarizə aparan Avropa ölkələri arasında Finlandiya, Norveç və Estoniya fərqlənib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Lakin buna baxmayaraq, onlar Cənubi Koreya və Yeni Zelandiyanı bu baxımdan keçə bilməyiblər.
Bunun əsas səbəbi kimi bu ölkələrdə əhali sıxlığının aşağı olması, effektiv test və xəstələrə nəzarət strategiyalarıdır. Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında deyilir.
Nəticədə, Avropanın pandemiyanın birinci dalğası ilə Finlandiyanın ÜDM-si 4,4%, Norveçin – 5,1%, Estoniyanın – 5,6% azalıb. Müqayisə üçün, İngiltərənin ÜDM-si eyni dövrdə 19,8% azalıb.
Baxmayaraq ki, İngiltərə koronavirusla mübarizəyə ən çox pul xərcləyən ölkələrdən biridir, hal-hazırda bu ölkədə ölüm səviyyəsi olduqca yüksəkdir.
Məruzədə qeyd edildiyi kimi, heç bir Avropa ölkəsi pandemiya ilə Asiya-Sakit Okean regionu qədər effektiv mübarizə aparmağı bacarmayıb.