8 C
Baku
Sunday, November 17, 2024

Təhsil avadanlıqlarının idxalı 2 il müddətinə gömrük rüsumundan azad ediləcək

Azərbaycanda təhsil məqsədi ilə ölkəyə idxal olunan avadanlıqların 2 il müddətinə gömrük rüsumundan azad edilmsəi nəzərdə tutulub.

Bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili bildirib.

“Təkcə 2020-ci ildə həmin avadanlıqların idxalı üçün, təxminən, 3 milyon manat gömrük rüsumu, 600 min manata yaxın əlavə dəyər vergisi (ƏDV) ödənilib. Bu qərar məktəblərin aşağı qiymətə daha çox məhsul idxal etməsinə imkan verəcək”, – o qeyd edib.

Digər deputat Vüqar Bayramov isə bildirib ki, orta ümumtəhsil məktəbləri idxalla məşğul olmur, çünki onların birbaşa idxal hüquqları yoxdur: “Bu məhsulların birbaşa idxalçılarıı sahibkarlardır. Ona görə də qanunvericilikdə məktəblər bu məhsulları idxal edən sahibkarlarla dəyişdirilməlidir. Bu da imkan verəcək ki, sahibkarlar bu məhsulları idxal edərkən güzəştlərdən istifadə edə bilsinlər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər