Təhsil Naziri ödənişlə bağlı sualı cavablandırıb.
Banker.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev bunu təhsillə bağlı keçirilən brifinqdə bildirib.
O, bildirib ki, ödənişlərin köçürülməsi özəl məktəblərdə, liseylərdə rəhbərliyin verdiyi qərarla bağlıdır. Ali təhsil müəssisələrində isə keçirilməyən dərslər kompensasiya olunacaq.
Həmçinin, Emin Əmrullayev bildirib ki, 2020/2021-ci tədris ilinin sonunda bütün şagirdlərin növbəti sinifə keçəcəyi planlaşdırılır. Yəni, qiymət və davamiyyətə görə şagirdlərin sinifdə qalması nəzərdə tutulmur.