7 C
Baku
Thursday, December 12, 2024

Təhsil haqqını ödəmək üçün ən sərfəli kreditlər – REYTİNQ

Bilik gününün yaxınlaşması ilə əlaqədar olaraq təhsil haqqıların ödəməsi problemi ilə üzləşənlərin sayı artmaqdadır. Bəzi banklar əhalinin bu ehtiyacını nəzərə alaraq, xüsusi kredit məhsulları işləyib hazırlayıblar. Bu məhsulun adi nağd kreditlərdən fərqi aşağıdakılardan ibarətdir:

  • Adətən bu kreditlərin illik faiz dərəcəsi nağd kreditlərə nisbətən aşağı olur
  • Bu kreditlər müştəriyə nəğd formada təqdim edilmir, universitetin xüsusi hesabına köçürülür
  • Təhsil haqqını ödəmək üçün kredit ayrılan zaman, o nağd kreditlərə nisbətən daha sərt qaydalar çərçivəsində olur (halbuki risk baxımdan bu təsinə olmalıdır). Səbəb isə bu məhsulun çox satılmaması ilə bağlıdırki, onun kreditləşmə prosesi tamda optimallaşdırılmayıb.

Qeyd edək ki, bu tip kreditlərdə 10 min manata qədərki məbləği zaminlə götürmək bütün banklarda realdır. Bundan yuxari məbləğlər isə daha çox daşınar və ya daşınmaz əmlakın girovu ilə təqdim edilir.

Bank Faiz Məbləğ (maksimum) Müddət (maksimum) Komissiya Təminat
XalqBank 15%                    100,000 48 ay 0.1% (minimum 10 manat) Fiziki şəxs zaminliyi, avtomobil və daşınmaz əmlakın girovu
Bank Respublika 16% başlayaraq                      10,000 12 ay 1% (minimum 10 manat) Kreditin məbləği 3000 AZN-dən çox olduqda zamin tələb edilir
VTB Bank 19% başlayaraq                      10,000 60 ay məlumat yoxdur məlumat yoxdur
TuranBank 20%                      30,000 36 ay 1% zaminsiz 5000 AZN
Son xəbərlər
Digər xəbərlər