Təhsil müəssisələrində yeməkxanalara (bufetlərə) dair tələblər müəyyənləşib.
Bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda qeyd edilib.
Qaydalara əsasən, internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir.