7 C
Baku
Thursday, December 12, 2024

Təhsil müəssisələrinin əyani ümumi təhsil xidmətlərdən gəliri 494 mln. manatı keçib

Azərbaycanda təhsil sektoru üzrə təhsil xidmətləri bazarı 2023-cü ildə 1 mlrd. manata yaxınlaşıb.

Banker.az-ın xəbərinə əsasən, təhsil xidmətləri bazarının həcmi 951.24 milyon manatla illik müqayisədə 44 faiz artım nümayiş etdirib.

Bildirilir ki, bunun da 494.29 milyon manatı əyani ümumi təhsil, peşə, orta istisas və ali təhsil üzrə xidmətlərin payına düşüb. Bu sektor üzrə bazar illik müqayisədə 48 faiz artaraq 494.29 milyon manata qədər yüksəlib. Öncəki ildə bu sektorun həcmi 335.08 milyon manat idi. Bu barədə Dövlət Statistika Komitəsi statistika dərc edib.

Qalan 33.2 mln. manat isə məktəbəqədər təhsilin, 423.73  mln. manat isə treninq kurslarının payına düşüb.

53432

Son xəbərlər
Digər xəbərlər