10 C
Baku
Thursday, December 12, 2024

Təhsil müəssisəsindəki qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Rayon prokurorluğunun məlumatında bildirilib ki, istintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20 min 218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

İlqar Cahangirova Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Son xəbərlər
Digər xəbərlər