13 C
Baku
Saturday, November 23, 2024

Təhsil naziri: “Bizi tənqid etmək üçün əsaslı arqumentlər var”

Təhsil sisteminin və siyasətinin mahiyyəti barədə cəmiyyətimizdə məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” mövzusunda III beynəlxalq forumda çıxışı zamanı söyləyib.

Nazir bildirib ki, müqayisə edilə bilən və dinamikanı göstərə bilən indikatorlara fokuslanmaq lazımdır.

“Təhsildə elmilik olmalıdır, amma onun da meyarı var. Əgər mən təhsilimizi tənqid etmək istəsəm, beynəlxalq qiymətləndirmə meyarlarına baxardım. Orada bizi tənqid etmək üçün daha əsaslı arqumentlər var”, – deyə E.Əmrullayev vurğulayıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər