-1 C
Baku
Sunday, December 15, 2024

Təhsil Nazirliyinin bu mərkəzləri ləğv edilir

Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri ləğv edilir.

Bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ərazi maliyyə hesablaşma mərkəzlərinin rəhbərlərinə tapşırılıb ki, mərkəzlərin ləğvi ilə əlaqədar mərkəzlərin rəhbərləri, onların müavinləri, müvafiq şəhər və rayon üzrə aparıcı məsləhətçilərindən ibarət işçi komissiyaları yaradılılmalı və 3 ay müddətində ləğvetmə prosesinin yekunlaşdırılması təmin edilməlidir.

Qeyd edilib ki, regional təhsil idarələri rayon və şəhər təhsil şöbələrinin və ərazi maliyyə hesablaşma mərkəzlərinin hüquqi varisidir və həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq qaydada idarələrə keçir.

 

 

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər