14 C
Baku
Saturday, November 23, 2024

Təhsil Nazirliyinin idarəsindən 3 şirkətə 44 milyon manatlıq sifariş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 3 şirkətlə 44 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “ST Mark” QSC, “Vest-LTD” QSC və “Simplex” QSC-dir.

“ST Mark” QSC ilə olan müqavilədə Atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı xərclər maddəsi üzrə malların satın alınması nəzərdə tutulur və dəyəri 482 724 manatdır.

“Vest-LTD” QSC ilə olan 1-ci müqavilə məktəbəqədər təhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması (məbləğ:6 964 928 manat), 2-ci müqavilə mebel inventarlarının satın alınması (məbləğ: 16 929 956 manat), 3-cü müqavilə dman inventarının və digər avandanlıqların satınalınmasıdır. (məbləğ: 2 250 001 manat)

“Simplex” QSC ilə bağlanmış müqavilə dəftərxana və təsərrüfat mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 17 627 093 manatdır.

 

 

Son xəbərlər
Digər xəbərlər