-3 C
Baku
Sunday, December 15, 2024

Təhsil Nazirliyinin maliyyəşməsi təkcə büdcədən olmayacaq – Nazir yeni səlahiyyətlər alır

Prezidentin 2005-ci il 1 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Bu barədə Azərbaycan Prezidentinin rəsmi səhisəfində qeyd edilir.

Prezidentin imzaladığı fərmanda dəyişiklik edilmiş hissə Təhsil Nazirliyinin maliyələşməsi ilə bağlı olub. Yeni dəyişikliyə əsasən,  bundan sonra Nazirliyin saxlanılması xərcləri və fəaliyyəti yalnız dövlət büdcəsi ilə deyil, həmçinin, qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Digər dəyişiklik isə Təhsil nazirnin səlahiyyəti ilə bağlıdır. Həmin səlahiyyət hissəsində bun qədər qeyd edilirdi ki, Nazirliyin mərkəzi aparatının işçilərini və təsdiq olunmuş nomenklatur çərçivəsində kadrları vəzifəyə təyin edir və vəzifədən azad edir, onlarla əmək müqavilələri bağlayır, müqavilələri ləğv edir, işçilər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada mükafatlandırma, həvəsləndirmə və intizam tənbehi tədbirləri görür.

Yeni əlavə iki bənd bu hissəyə artırılıb:

  1. Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;
  2. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.

Xatırladaq ki, Azərbaycanda Təhsil naziri iki aydır ki, dəyişib. Emin Əmrullayev bu posta gətirlib.

Son xəbərlər
Digər xəbərlər