18 C
Baku
Sunday, September 8, 2024

“Təhsil” Respublika İdman Mərkəzində artıq və əsasız ödənişlər aşkarlanıb

Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin 2019-cu il yanvarın 1-dən 2022-ci il aprelin 1-nə qədər olan fəaliyyətinin yoxlanılması zamanı normadan artıq ezamiyyə xərcinin yazıldığı müəyyən olunub.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin bildirilir ki, idman tədbirləri üçün xatirə hədiyyələrinin dəyərinin artırılması hesabına artıq vəsaitin xərcləndiyi, nəqliyyat vasitələr üzrə normadan artıq yanacağın silindiyi və normadan artıq ehtiyat hissələrinin alındığı müəyyən olunub.

Son xəbərlər
Digər xəbərlər