Sizcə, harada təhsil daha ucuzdur: öz ölkənizdə, yoxsa xaricdə? Siz təəccüblənə bilərsiniz, amma xarici təhsil həqiqətən yerli təhsildən daha əlçatandır.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir ki, Avropada təhsil pulsuzdur, yalnız bəzi proqramlar üzrə ödənişlidir, qəbul üçün isə çox vaxt təhsil haqqında sənəd və dil biliyi kifayətdir (o da həmişə yox!).
Xaricdə ali təhsil – şüurlu seçimdir, ona görə də tələbələr qəbul deyil, təhsil zamanı seçilirlər. Eyni zamanda burada təhsil elə qurulub ki, siz paralel olaraq işləyə də biləsiniz.
1. Almaniya
Almaniyada təhsil Baden-Vürtemberqdən başqa hər yerdə pulsuzdur. Bu həm alman, həm də ingilis dilində mümkündür. Eyni zamanda burada təqaüdlər, “part-time” iş imkanları və sosial yardım mövcuddur.
Siz məktəbi bitirdikdən və ya hazırlıq kurslarından (Studienkolleg) sonra qəbul ola bilərsiniz. Qəbul imtahanlarından keçməyə ehtiyac yoxdur: qəbul topladığınız sənədlər və ya qiymətlərin müsabiqəsi əsasında aparılır.
2. Fransa
Fransada hər bir universitet beynəlxalq tələbələrdən ödəniş tələb edib-etməmək üçün özü qərar verir. Əgər təhsilin qiyməti sizin üçün həlledici amildirsə, universitet seçərkən bu nəzərə alınmalıdır. Burada tələbələr yaşayış xərclərinin qismən ödənilməsi, pulsuz tibbi sığorta və səyahət kartı şəklində dövlətdən dəstək alırlar.
Siz məktəbdən dərhal sonra və ya öz ölkənizdə ali təhsil aldıqdan sonra Fransa universitetlərinə qəbul ola bilərsiniz.
3. İtaliya
Xaricdə pulsuz təhsil almaq üçün ən əlverişli variantlardan biri də İtaliyadır. Siz proqramı italyan və ya ingilis dilində seçə bilərsiniz. Lakin bu əsas deyil! Burada tamamilə hər kəs maddi yardım olaraq 5 min avro təqaüd almaq hüququna malikdir. Tələbələrə pulsuz yemək və yataqxanada güzəştli yerlərlə təmin olunurlar.
Yeganə mənfi cəhət – yalnız 12 illik məktəb təhsilindən sonra qəbul olmaq mümkündür.
4. Yunanıstan
Şübhəsiz ki, bu ölkə haqqında heç düşünməmisiniz. Ancaq burada təkcə pulsuz təhsil almaq deyil, həm də pulsuz yaşamaq və həftədə 20 saat işləmək imkanı var.
Siz məktəbdən dərhal sonra Yunanıstanda universitetə qəbul ola bilərsiniz. Əgər əlaçısınızsa, tibb üzrə də oxuya bilərsiniz. Qeyd edək ki, burada pulsuz təhsil yalnız yunan dilindədir.
5. Polşa
Siz Polşaya 11-ci sinifdən sonra və ya öz ölkənizdəki universiteti bitirdikdən sonra qəbul ola bilərsiniz.
Təhsil almaq üçün aşağıdakılar tələb olunur:
– Pole’s Card – Polşa köklərinin varlığının təsdiqi;
– və ya yaşayış icazəsi;
– və ya polyak dilinin C1 səviyyəsində biliyi.
Universitetdən təqaüdlər və Avropa İttifaqından maliyyələşdirmə proqramları var.
6. Çexiya
Çex Respublikasında pulsuz təhsil yalnız çex dilində mümkündür. Bunun üçün 3 şərt yerinə yetirilməlidir:
– çex dilini B2-C1 səviyyəsində bilməlisiniz (fakültədən asılıdır);
– təhsil haqqında sənədinizi nostrifikasiya etməlisiniz;
– qəbul imtahanlarından keçməlisiniz.
Burada təqaüd yoxdur, lakin “part-time” işləmək imkanı var.
7. Slovakiya
Slovakiyada pulsuz təhsil yalnız yerli dildə mümkündür. Burada universitetlərə qəbul prinsipi Çexiyadakı ilə eynidir:
– yerli dili B2 və daha yüksək səviyyədə bilməlisiniz;
– təhsil haqqında sənədi nostrifikasiya etməlisiniz;
– lazım gələrsə, qəbul imtahanlarından keçməlisiniz. Adətən bu, 60-dan 120-yə qədər sualdan ibarətdir.
8. Finlandiya
Yəqin ki, bu variant haqqında da eşitmisiniz. Əvvəllər ingilis dilində pulsuz təhsil almaq mümkün idisə, indi təəssüf ki, bu yalnız İsveç və ya fin dilində mümkündür.
Avropanın digər ölkələrində olduğu kimi, burada da tələbələrin təhsil aldıqları müddətdə “part-time” (həftədə 20 saat) işləmək hüququ var.
9. Norveç
Burada siz Norveç və ya ingilis dillərində pulsuz təhsil ala bilərsiniz. Lakin burada iki “amma” var. Birincisi, siz yalnız öz ölkənizdə 1-ci kursu bitirdikdən sonra Norveçdə bakalavr dərəcəsini ala bilərsiniz. İkincisi, ölkədə yaşayış xərcləri olduqca yüksəkdir.
10. İslandiya
İslandiyanın dövlət universitetlərində təhsil həm island, həm də ingilis dilində pulsuzdur. Ancaq magistr proqramları yalnız ingilisdillidir (hüquq fakültəsi tələbələri üçün aktualdır).