Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vəzifəsindən azad edilib.
Banker.az xəbər verir ki, o, 2022-ci ildən etibarən Təhsilin İnkişafı Fondunun sədridir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyində Direktor müavini vəzifəsində çalışıb. 2020-2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri olub.
1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olub, 1999-cu ildə Beynəlxalq Münasibətlər üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirib.