Bu ilin yanvar-fevral aylarında Azərbaycan 19.8 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, bu, ötən illə müqayisədə 5.3 milyon ABŞ dolları və ya 36.6 % çoxdur.
Bu ilin fevral ayında isə Azərbaycan 9.7 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da, illik müqayisədə 1.8 mln ABŞ dolları və yaxud 22.8 % çoxdur.