Müsahibimiz: Yapı Kredi Bank Azərbaycanın İdarə heyətinin sədri, Baş Direktor Altan Şəntürk
YapıKredi Bank, Azərbaycanın kredit kartları bazarına Worldcard-la daxil oldu, mənə maraqlıdır ki, bu addımdan öncə hansı tədqiqatlar aparılmışdı, bazardakı rəqibləri nə dərəcədə analiz etmişdiniz?
Azərbaycandakı hədəf kütləmizin Türkiyə telekanallarının gündəmini, reklam kampaniyalarını izlədiyindən və Türkiyədəki şirkətlərin məhsulları haqqında məlumatlı olduğundan xəbərimiz var idi. Bu üstünlüyümüzdən yola çıxaraq 2011-ci ilin Yanvar ayında Azərbaycan bazarının analiz edilməsi və bazar tələblərinin araşdırılması istiqamətində çalışmalara başlanıldı. Bu konteksdə istehlakçıların ehtiyacları, rəqabət üsulları, rəqiblərin təklif etdiyi xidmət və məhsullara nəzər yetirildi. Nəticədə, World brendimizi müştərilərimizə təqdim etmək çətinliyi ilə üz üzə qalmadıq.
Bilirik ki, taksit kartlar Türkiyə bazarında daha çox inkişaf etmişdir və məhsulu Azərbaycana gətirən əksər banklar məhz Türkiyə təcrübəsindən faydalanır, hər iki bazarın spesifik xüsusiyyətlərini nədə görürsünüz?
Türkiyə ümumi istehlak xərcləri içində kredit kartı penetrasiyasının Avropanın bir çox ölkəsindən yüksək olduğu üçün, kredit kartlı ödəmə sistemləri sahəsi həm həcm, həm də yeniliklərin sürətli şəkildə mənimsənilməsinə və həyata keçirilməsinə potensial yaradır. Türkiyədə xüsusilə son 10 ildə maliyyə sektorunda inkişaf maksimuma çatdı və bu da məhsullarımızın inkişaf tempinə müsbət mənada təsir etdi.
Bildiyimiz kimi, Azərbaycanda kredit kartlı ödəmə sistemləri inkişaf etmək mərhələsindədir. Xüsusilə də, hissə-hissə ödəmənin çox yeni olduğunu söyləyə bilərik. Azərbaycan bazarında hissə-hissə ödəmə sistemləri sahəsində 24 illik Kredit Kartı təcrübəmizə əsaslanıb təklif etdiyimiz xidmətlərlə rəqabətin artmasında, dolayısı ilə istehlakçılara təqdim edilən kampaniya və fürsətlərin də artırılmasında önəmli rol oynadığımızı söyləyə bilərik.
Artıq 1 ildən çoxdur ki, taksit kartlar Azərbaycan bazarında özünə yer tutmağa çalışır, bu dövrə olan nəticələrini necə qiymətləndirirsiniz? Təkcə Yapı Kredi üçün deyil, ümumilikdə bazarda durum necədir?
Azərbaycanda kredit kartları sistemləri olduqca yeni olduğundan, istehlakçıların bu mövzuda maarifləndirilməsi prosesində çalışmalarımızı davam etdiririk. Worldcard, bu il Sentyabr ayında Azərbaycana gəlişinin birinci ilini geridə qoydu. Bu məhsulu Azərbaycan bazarına təklif etməyimizin birinci ilində müştəri sayımız 50.000-ə çatdı və ümumilikdə 300 min dollarlıq Worldbal paylanıldı. Worldcard-la edilən alış-veriş həcmi isə 52 milyon dollar təşkil edir. Yapı Kredi POS terminalları ilə aparılan əməliyyatlar 15 milyon dollara çatmış vəziyyətdədir. Azərbaycanda ən geniş ticarət obyekti şəbəkəsinə maliki olan Yapı Kredi Worldcard növbəti illərdə də inkişaf tempini qoruyub saxlayacaq və müştərilərə yeni-yeni fürsətlər təklif etməyə davam edəcəkdir.
Sizcə insanlar bu kartlara necə reaksiya verdilər, ilk dövrlərdəki ajiotaj hazırkı mərhələdə müəyyən mənada qalıbmı və ümumən bu bazarın inkişafın necə görürsünüz?
Yapı Kredi Bank olaraq, təqribən 1600 nöqtədə hissə-hissə və bal qazanaraq alış-veriş imkanı, 10%-ə qədər Worldbal, hissəli nağd avans, ödənişsiz Virtual kart, ödənişsiz assistant xidmətləri, Azərbaycan xaricində alış-verişlərdə faizsiz 3 hissədə ödəmə imkanı təqdim edirik. Bütün bu fürsətlər Azərbaycanda təqdir edilir və müsbət olaraq qarşılanır. Önümüzdəki müddətdə də həm kart sayını, həm də satış həcmimizi artırmağı hədəfləyirik.
Təşkil etdiyimiz kampaniyaların və kommunikasiyanın bir çox sahələrdə müştəri üzərindəki təsirini ölçürük. MasterCard 2012-ci ildə Azərbaycanın ən yaxşı marketinq kampaniyası mükafatını Yapı Kredi Bank Azərbaycana təqdim etməsi əldə olunan uğurlarımızdan biridir.
Türkiyə başda olmaq üzrə fərqli ölkələrdə əldə etdiyimiz təcrübələr bizə riteyl sektoru ilə kartlı ödəmə sistemlərinin işbirliyi nəticəsində, riteyl sektorunun sürətli şəkildə böyüməsinə gətirib çıxardığını deyir. Azərbaycanda buna bənzər bir prosesin həyata keçəcəyinə inamımız yüksəkdir. Bu səbəblə də, Worldcard-ın bütün strateji proseslərində riteyl sektoru ilə yaxın işbirliyi içərisindəyik.
Hazırda YapıKredi öz plastik kart əməliyyatlarını hansı prosessinq mərkəzi tərəfindən aparır və əməliyyatların keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində hansı işlər görülür ?
Əməliyyatları özümüzün hazırladığı prosessinq mərkəzimiz vasitəsi ilə həyata keçiririk və bu mərkəzə etdiyimiz sərmayələrin miqdarı milyon dollarlar səviyyəsində ölçülür. Bu da, Yapı Kredi Bankın Azərbaycana verdiyi önəmin bir göstəricisidir.
Bu gün YapıKredi Azərbaycan korporativ sektorla yanaşı, pərakəndə (riteyl) bazarına genişlənməyə hədəflənib, bilmək istərdik ki, riteyl istiqamətinin inkişafı necə planlaşdırılıb?
Azərbaycan çox ortaq dəyərimiz olan, dost və qardaş ölkədir. Azərbaycanın tərcih etmə səbəblərimizin arasında eyni dili danışan ölkələr olmağımız da yer alır. Bunlardan əlavə, zəngin enerji qaynaqları, dinamik və böyüyən iqtisadiyyatı ilə Azərbaycan bizim üçün strateji bir önəmə sahibdir. Türkiyə üçün hər keçən gün artan ticarət həcmi və inkişafda olan ölkə iqtisadiyyatı Azərbaycana olan marağımızın təməlini təşkil edir. Türkiyədə və ölkə xaricində əldə etdiyimiz təcrübələrimizlə Azərbaycanda da yeni məhsul və xidmətlərlə böyüməyə çalışacağıq.
Müştərilərin plastik kart və taksit kartla bağlı nə gözləntiləri var? Onların istəkləri əsasən nədən ibarətdir?
- Hər alış-verişlərini taksitlə və komissiyasız əldə etmək istəyirlər.
- Daha çox nöqtədə alış-veriş etmək istəyir və hər alış-verişi müxtəlif hissələrə bölmək istəyirlər.
- Müştərilər alış-verişlərini rahatlıqla və problemlərlə üzləşmədən tamamlandırmaq istəyirlər.
- Balları hər sektorda istifadə etmək istəyirlər.