9 C
Baku
Monday, November 18, 2024

Təkrar sertifikasiyada iştirak etməyən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək

İlk sertifikasiyada uğursuz nəticə göstərənlər növbəti imtahanda iştirak etməsə, onlar təkrar olaraq imtahandan kəsilmiş sayılacaqlar və onların əmək müqaviləsinə xitam veriləcək.

Bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. Onun sözlərinə görə, təkrar imtahanda iştirak edə bilməyən namizədlər üçün hər hanısa bir güzəşt tətbiq olunmur:

“Birinci imtahanda müəllim, tutaq ki, hansısa səbəbdən iştirak etməyib. Bunun üçün təkrar imtahan var. Amma təkrar imtahanda da iştirak etmirsə, artıq buna güzəşt olmur”.

Şöbə müdiri eyni zamanda, qeyd edib ki, müəllimlərin sertifikasiyasının dərs bölgüsünə hər hansısa bir təsiri gözlənilmir:

“Əvvəlki qiymətləndirmə nəticələri onsuz da var, dərs bölgüsü ona uyğun aparılır”.

Eşqi Bağırov həmçinin 60 yaşdan yuxarı müəllimlərin budəfəki sertifikasiya imtahanında iştirak etməli olduğuna, yoxsa məsələnin könüllü olacağına aydınlıq gətirib.

O qeyd edib ki, imtahanlar bu gün qüvvədə olan qayda və qanuna uyğun olaraq keçirilir:

“Əgər növbəti sertifikasiya imtahanıarına qədər qanuna dəyişiklik qəbul edilərsə, prosedurlara da dəyişiklik ediləcək”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər