20 C
Baku
Sunday, May 26, 2024

Təkrarsığorta ilə bağlı problemlər bəlli oldu

Siğorta qanunvericiliyinə edilən son dəyişikliklərə əsasən siğorta şirkətləri təkrarsiğorta fəaliyyəti göstərmək üçün əlavə lisenziya almalıdılar.

Təkrarsiğorta nə deməkdir? Siğorta risklərini üzərinə götürən siğortaçının(siğorta şirkətinin), bu risklər üzrə məsuliyyətin bir hissəsinin digər siğortaçıya(siğorta şirkətinə) ötürməsi ilə müşayiət olunan risklərin bölünməsidir. Təkrarsiğorta bir siğortaçı üçün təklikdə çox böyük ola bilən riskləri, digər siğortaçı ilə paylaşaraq, bu riskləri qəbul etməyə imkan verir.

Qeyd edək ki, sonuncu dəfə Beynəlxalq Siğort Şirkətinə Maliyyə Nazirliyinin Dövlət Siğorta  Nəzarəti Xidməti (DSNX) tərəfindən təkrarsiğorta fəaliyyəti ilə məşğul olması üçün müddətsiz lisenziya verilib. DSNX-nın rəhbəri Namiq Xəlilov məsələyə aydınlıq gətirərək bildirib ki “Lisenziya şirkətə kapitalını artırdıqdan sonra verilib”.

İqtisadçı-ekspert Vüqar Bayramov  qeyd etdir ki, “Sığorta şirkətləri lisenziya əsasında fəaliyyət göstərməlidirlər. Sığorta şirkətləri nizamnamə kapitalına uyğun olaraq lisenziyanı təzələməlidirlər. O baxımdan Maliyyə Nazirliyinin sığorta şirkətlərindən lisenziyanın alınmasını tələb etməsi başadüşüləndir. Nəzərə almaq lazımdır ki, sığorta şirkətləri üçün nizamnamə kapitalını minimum 5 milyona qədər artırmaq lazımdır. Minimum nizamnamə kapitalına əməl etməyən sığorta şirkətinə lisenziyanın verilməsi əslində qanunvericilikdə qadağandır”.    İqtisadçı onu da əlavə etdi ki, sığorta şirkətləri lisenziyanın vaxtının uzadılması üçün aidiyyəti qurumlara müraciət etməlidirlər. Əks halda həmin şirkətlərin fəaliyyətinə xitam veriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər