-3 C
Baku
Sunday, December 15, 2024

Tələbə krediti ilə bağlı tələb və güzəştlər məlum olub – Siyahı

Təhsil tələbə kreditinin (TTK) verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər məlum olub.

Təhsil Tələbə Krediti Fondu vəsaiti hesabına verilən TTK üzrə tələblər aşağıdakılardır:

TTK-nin tədrisə tam cəlb olunaraq (fulltime) təhsil müəssisələrində əyani təhsil alan tələbələrə və təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün veriləcək. kreditin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borc olmamalıdır. Kredit üçün girov və zaminlik tələb olunmayacaq.

Bundan başqa, kredit üzrə əsas borcun və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılacaq. Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmayacaq və qaytarılması tələb edilməyəcək. Borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarından kreditin həcmindən az olmamaq şərtilə sığortalanacaq.

Kreditlər Azərbaycan vətəndaşlarına manatla veriləcək.

Sosial kreditlər isə bir sıra güzəştlərlə tətbiq olunacaq. Belə ki, ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunacaq.

Standart kreditlər üçün də müəyyən güzəştlər tətbiq ediləcək. ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunacaq.

 

Son xəbərlər
Digər xəbərlər