15 C
Baku
Sunday, November 24, 2024

Tələbə təqaüdləri 20% artırılacaq

“Müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya artırılması daimi olaraq Azərbayсan hökumətinin qarşısında duran prioritet məsələlərdən biridir”.

Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

“Müharibə əlilləri, şəhid ailələri, müharibə iştirakçılarına dəstək verilir və bununla bağlı müavinət 2019-cu ildəki təxminən 40% artırılıb və indiki məbləğə bərabər oldu. Ötən dövr ərzində 21 min müharibə iştirakçısı və əlili 8800 özünəməşğulluq proqramına cəlb olunub. 7000-i isə məşğulluq marafonu və müxtəlif alətlər vasitəsilə işlə təmin olunub. Tələbə təqaüdləri isə gələn ildən etibarən orta hesabla 20 % artırılacaq”- deyə nazir vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər