®Yelo Bank bacarıqlı və parlaq peşakarlara üstünlük verdiyi kimi, istedadlı, amma təcrübəsi olmayan gəncləri də düşünərək onlar üçün əlverişli karyera imkanları yaratmağa çalışır. Bunun üçün, gələcəkdə karyerasını bank sahəsində qurmaq istəyən tələbələr üçün təcrübə proqramı təşkil olundu. Ölkəmizin bir neçə universitetindən seçilmiş tələbələr proqramın sonunda öz təəsuratlarını bizimlə bölüşdü. İştirakçıların fikirlərini sizinlə də paylaşmaq istəyirik:
“Bu proqram təhsil aldığım marketinq sahəsində təcrübə əldə etməyimlə yanaşı, mehriban kollektivdə çalışmaq imkanını da yaratdı.»
Paşazadə Ülkər, UNEC
«Təcrübə proqramında iş təcrübəsi ilə yanaşı yeni dostlar da qazanmış oldum.»
Aynur Seyid, ADNSU
“Proqramlaşdırma sahəsində öyrəndiyim nəzəri bilikləri praktikada istifadə etməyi, peşəkar və savadlı kadrlardan ibarət komanda ile birgə işləməyi, bank sektoru ile yaxından tanışlığı öyrəndim.”
Şamil Səmədzadə, UNEC
«Bu təcrübə proqramını tamamilə fərqli bir insan olaraq başa vurdum»
Nəzrin Quliyeva, ADA
«Təcrübə proqramı zamanı yeni və fərqli insanlar tanıdım, həmçinin Yelo bankın yaratdığı innovativ mühitdə çalışmaq imkanı qazandım. İş prosesində yaxından iştirak edərək bankın müştərilərə təqdim etdiyi xidmətin keyfiyyətinə necə önəm verdiyinin canlı şahidi oldum.»