Avropa fondunun Parisdə keçirilən 28 noyabr 2011-ci il menecmentin inkişafı (EFMD) iclasında müzakirə olunan mövzulardan biri belə idi: tələbələrin seçim kriteriyaları.
EADA məktəbinin International Masters in Finance and Management proqramı üzrə baş direktoru və EFMD təşkilati komissiyasının üzvü Naycel Heys biznes-məktəb seçimində tələbələrin hansı kriteriyaları rəhbər tutması haqqında hesabat təqdim etdi.
Tanış olmaq üçün Naycel Heysin hesabatını və EADA biznes-məktəbinin tələbələrə hər bir kriteriya üçün nə təqdim etdiyini göstəririk.
1. Biznes –məktəbin və təhsil sisteminin reputasiyası
The Economist-ə görə EADA dünyanın Top100 biznes-məktəblərindən biri hesab olunur (95-cı mövqe), eləcə də The Financial Times-a əsasən Avropa reytinqində 27-ci yerdə yerləşir.
Reytinqlərdəki mövqeyə əlavə olaraq, EADA – EQUİS (Keyfiyyətin yaxşılaşdırılması üzrə Avropa sistemi) və AMBA (MBA Assosiasiyası) kimi orqanlar tərəfindən akkreditə olunmuşdur. Oxşar qərarlar təhsilin yüksək keyfiyyətinə qarantiya verir və nəinki proqramları müqayisə edən namizədlər üçün çıxış nöqtəsi rolunu oynayır, həm də biznes-məktəbin məzunlarını rəhbər vəzifələrə qoyan kompaniyalara da kömək edir.
2. Təhsil sistemi
EADA “tətbiq et və öyrən” («learning by doing») adlı özünün praktiki, işgüzar və birgə yanaşmasını işləyib hazırladı. Bu metodologiya unikal təcrübə əldə etməyə imkan verir: iştirakçılar öz qrup yoldaşları və müəllimləri ilə əməkdaşlıq edir, bununla da stimullaşdırıcı, eyni zamanda yaradıcı təhsil mühiti yaranır.
Venesuelalı Daniel Paçeko (MBA Full Time 2010-2011) özünün MBA proqramını keçərkən EADA metodologiyasını vacibliyini vurğulayır. “Təcrübəmə əsasən, praktiki yanaşma, “tətbiq et və öyrən” ilə birlikdə təhsildə ən yaxşı metoddur” – o bildirir. “EADA biznes-məktəbi – çoxprofilli komandalardakı problemləri öyrənib və təhlil etməklə idarəçilik və liderlik bacarığının əldə edilməsi imkanı verən MBA proqramının keçirilməsi üçün əla bilik və təcrübə sahəsidir”.
Qrupdakı uşaqların sayında məhdudiyyət var: iştirakçının 32-dən çox olmaması gündəlik ünsiyyət və müəllimlərin şəxsi təlimlərində iştirakı tələb edən “tətbiq et və öyrən” metodologiyasının reallığa çevrilməsi üçün başlıca amillərdəndir. Dominikan Respublikasından olan Hektor Morillo (International MBA 2009-2010) qrupların kiçik ölçülü olması EADA biznes-məktəbinin seçimində əsas səbəb olduğunu bildirir.
3. Beynəlxalq səviyyədə karyera imkanları
EADA tələbələrinin beynəlxalq səviyyəli karyerada uğur qazanmaq üçün vacib olan resurslara giriş imkanları var. Beynəlxalq məzun cəmiyyətinin köməkliyi ilə 52-dən çox müxtəlif millətlərlə ünsiyyət qurmaq imkanı yaranır, məzunların işlədiyi beynəlxalq kompaniyalar məhz EADA-ın Vakansiyalar Bankını seçirlər.
4. məzunların qlobal şəbkəsi
Hər il bütün qitələrdən tələbələr EADA-ya təhsil almağa gəlirlər, onlar hər bir qrupda çoxlu millətlərin iştirak etdiyi çoxmədəniyyətli mühit yaradırlar. MBA proqramının üzvləri hər gün bu müxtəliflikdən çox şey öyrənirlər, eyni zamanda beynəlxalq səviyyədə tanışlar şəbəkəsini genişləndirirlər.
Masters proqramının iştirakçıları üçün International Weeks – daha bir çox vacib çoxmədəniyyətlilik komponentidir. International Weeks yazda təşkil olunur, məşğələlər dünyanın müxtəlif biznes-məktəb və universitetlərdən dəvət olunmuş professorlar tərəfindən keçirilir. Öz beynəlxalq təcrübəsini daha da genişləndirmək istəyənlər üçün MBA və Magistr proqramının tələbələri bu layihədə iştirak edə bilmək imkanına sahibdirlər.
5. Yerləşdiyi yer
EADA-ın dinamik və çoxmillətli Barselona şəhərində yerləşməsi bütün iştirakçılar üçün yalnız üstünlük hesab oluna bilər.