30 C
Baku
Tuesday, July 15, 2025

Tələbələrin köçürülməsi prosesinə start verilir

Təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr üçün elektron sənəd qəbuluna başlanılıb.

Bu barədə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” elektron xidmətinə daxil olaraq müraciət formasını doldurub təsdiqləməlidirlər.

Elektron müraciətlərin qəbulu iyulun 22-si saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, müraciət zamanı tələb olunan sənədlər sistemə elektron şəkildə yüklənməli, təqdim olunan məlumatlar isə tam və dəqiq şəkildə göstərilməlidir.

Son xəbərlər
Digər xəbərlər