12 C
Baku
Wednesday, December 11, 2024

Tələbələrin nəzərinə: ABŞ səfirliyi Bakıda magistr proqramına qəbul elan edir

ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşları olan namizədlər arasında Gürcüstanın İctimai İşlər İnstitutunun (GIPA) Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulunu elan edir.

Səfirlikdən verilən məlumata görə, proqram üzrə dərslər ABŞ, Avropa İttifaqı, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram Birləşmiş Ştatların Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Azərbaycandan seçiləcək beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestr ərzində, sentyabr 2019 – may 2021 tədris ilində Bakıda yerli universitetlərdən birində və Tbilisi şəhərində GIPA-da keçiriləcək. Birinci və dördüncü semestrlər Bakıda yerli universitetdə keçiriləcək. Tələbələr 2020-ci ildə, ikinci və üçüncü semestrlərdə Gürcüstanda təhsillərini davam etdirəcəklər. 2021-ci ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məktəbə qayıdacaqlar. GIPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr “Brosse Street Journal” adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və “GIPA FM” radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Həm çap, həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə diqqət ayrılacaq. QJMİM-in müəllim heyəti və tədris planı mərkəzi USAID tərəfindən maliyələşdirilən dörd illik G-Media layihəsi çərçivəsində IREX Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub.

 

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.

Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin avqustunda Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə

Sənədlərin qəbulu üçün son müddət 25 aprel 2019-cu ildir.

Son xəbərlər
Digər xəbərlər