8 C
Baku
Wednesday, November 6, 2024

Tələbin artması ilə neftin qiyməti son iki ilin maksimumuna yüksəlir

Neftin qiyməti qlobal bazarda tələbin yüksəlməsi, OPEC+ alyansının qlobal bazarda daralma proqnozu və İran ilə növə anlaşmasının göydə qalması iki ilin maksimumuna yüksəldi.

Banker.az xəbər verir ki, WTI nefti ötən gün 2.1% yüksəlirkən, 2019-cu ildən bu tərəfə ilk dəfə Brent markalı neftin bir barreli 70 dollarda bərqərar olub.

WTI xam nefti hazırda 67.92 dollar/barrel və Brent nefti isə 70.51 dollar/barrelə ticarət olunur.

Qiymət rallisi OPEC+ alyansının nikbin notlarından sonra qlobal istehlak geri dönüş edib. S.Ərəbistanın Enerji naziri Əbdüləziz bin Salman “neftə tələbin açıq şəkildə” artdığını dediyi bir vaxta, onun bazardakı rəqibi Rusiya “iqtisadiyyatın tədricən dirçəldiyini” bildirir.

 

Son xəbərlər
Digər xəbərlər