16 C
Baku
Friday, October 18, 2024

Təl-Əvivdəki hava limanı ümumi tətil fonunda bağlanıb

Təl-Əvivdəki Ben-Qurion hava limanı İsraildə baş verən ümumi tətil fonunda sentyabrın 2-də yerli vaxtla saat 8:00-dan qalxan və enən uçuşlar üçün bağlanıb, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Bundan əvvəl ölkənin ən böyük həmkarlar ittifaqı federasiyası “Histadrut”un lideri Arnon Bar-David tətil elan etmişdi. Tətilçilər hakimiyyətdən HƏMAS-ın Qəzza zolağında saxladığı girovların dərhal azad edilməsinə nail olmağı tələb ediblər.

“Ynet”in məlumatına görə, tətil çərçivəsində məktəblər və uşaq bağçaları, dövlət və bələdiyyə müəssisələri, sənaye müəssisələri və ticarət mərkəzləri qismən bağlanacaq. Tibb müəssisələri yalnız həftə sonları fəaliyyət göstərəcək.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri altı girovun siyahısını dərc etmişdi. Məlumata görə, girovlar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı əsir götürülmüşdü.  İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS Qəzza zolağında girovların azad edilməsi və atəşkəs haqqında saziş bağlamaqdan imtina edir.

Son xəbərlər
Digər xəbərlər