7 C
Baku
Sunday, December 15, 2024

Təlim və inkişaf şöbəsinin müdiri – ParaBank

Vəzifəyə olan tələblər
• Ali təhsil (iqtisadiyyat üzrə);
• Məsuliyyətli olmalı;
• Komandada işləmə bacarığı,
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
• Təlimlərin idarəedilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
Əsas vəzifələr
• Bankın strateji məqsədlərinin inkişafının həyata keçirilməsində iştirak etmək;
• İşçinin peşəkar hazırlıq səviyyəsinin nəzərə alınması və inkişafına nəzarət;
• Müəyyən edilmiş dövr üzrə işçinin qarşıya qoyulmuş hədəflərin, habelə vəzifə təlimatlarında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi səviyyəsini müəyyən etmək;
• Bank üzrə qiymətləndirmə formaları və xüsusiyyətlərinin müəyyən edilməsi;
• Müəyyən dövr üzrə işçinin hədəflərinin müəyən edilməsinə nəzarət;
• İşçilərin qarşısında qoyulan öhdəliklərin yerinə yetirilməsi üçün təlimə olan tələblərinin müəyyən edilməsi;
• Təlimin planlaşdırılması , təlim və təkmilləşdirilmə proqramlarının seçilməsi və tətbiqi;
• İşçilərin karyerasının planlaşdırılması perspektivlərinin müzakirə edilməsi və məqsədə uyğun olduqda vəzifədə irəliləyiş məsələllərinə baxılması;
• İşçilərin qiymətləndirmə əsasında daxili və xarici təlimə olan ehtiyaclarını araşdırmaq;
• Təlim büdcəsinin müəyyənləşdirilməsinə dair təkliflərin verilməsi;
• Daxili təlim materiallarının hazırlanması ilə bağlı təkliflərin verilməsi;
• Daxili attestasiya qaydalarının müəyyən edilməsi;CV-ləri təlim və inkişaf şöbəsi müdir mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

 

Son xəbərlər
Digər xəbərlər