9 C
Baku
Sunday, November 17, 2024

“Təmiz enerjiyə investisiyalar yanacağın yüksək qiymətlərindən asılılığı azaltmağa imkan yaradacaq”

Təmiz enerji texnologiyalarına və infrastruktura investisiyaların artması bugünkü qlobal enerji böhranının yeganə uzunmüddətli həlli yoludur.

Bu barədə IEA-nın rəhbəri Fatih Birol bildirib.

Bununla yanaşı, Fatih Birolun sözlərinə görə, bu tədbirlər istehlakçıların yanacağın yüksək qiymətlərindən asılılığını azaltmağa imkan yaradacaq.

“Təmiz enerji texnologiyalarına və infrastruktura investisiyaların artması bugünkü qlobal enerji böhranının yeganə uzunmüddətli həlli və istehlakçıların yanacağın yüksək qiymətlərindən asılılığını azaltmağın ən yaxşı yoludur”, – Fatih Birol qeyd edib.

İƏİT-in Baş Katibi Matias Kormanın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi enerji qiymətlərinin kəskin artmasına səbəb olub və enerji təhlükəsizliyini pozub.

“Biz istehlakçıları dəyişən bazar və geosiyasi qüvvələrin həddindən artıq təsirlərindən qoruyan tədbirlər görməliyik ki, karbon neytrallığı, enerji təhlükəsizliyi və sərfəli qiymətə doğru yolda qalmağa kömək edək”, – Matias Korman qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər