Təmiz enerjiyə qlobal investisiyalar 2020-ci ildən bəri 40% artaraq 2023-cü ildə təxmin olunduğu kimi, 1.8 trilyon ABŞ dollarına çatıb.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) müvafiq hesabatında bildirilir.
Hesabata əsasən, artımın demək olar ki, hamısı inkişaf etmiş iqtisadiyyatların və Çinin payına düşüb.
Bunun əksinə, bazar iqtisadiyyatı formalaşmaqda olan və inkişaf edən ölkələrin payına isə bu artımın cəmi 15%-i düşüb, halbuki bu ölkələrdə dünya əhalisinin 65%-i yaşayır və qlobal ümumi daxili məhsulun təxminən üçdə biri istehsal olunur.
Hesabatda vurğulanır ki, inkişaf etməkdə olan ölkələrdə təmiz enerji layihələrinə kapital axını həyəcanverici dərəcədə aşağı olaraq qalır.