9 C
Baku
Monday, November 18, 2024

“Təmiz Şəhər” işğaldan azad edilmiş ərazilər üçün 1 milyon manatlıq məsləhət alacaq

“Təmiz Şəhər” ASC “Encotec” MMC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərk tullantıların idarəetmə sisteminin qurulmasına dair tədbirlərin milli strategiyaya inteqrasiyası üçün idarəetmə strategiyası, texniki-iqtisadi qiymətləndirmə və regional investisiya planlarının hazırlanması üzrə məsləhət xidmətlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 949 900 manatdır.

Xatırladaq ki, “Təmiz Şəhər” 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 9,15 milyon manatdır. Şirkət Bakıdakı bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər