13 C
Baku
Friday, April 26, 2024

“Təmiz Şəhər” son üç il ərzindəki ardıcıl zərəri 79 mln. manata çatıb – Hesabat

Bakı şəhəri ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara həyata keçirən dövlət şirkəti “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti ötən son 3 il ərzində ardıcıl böyük zərərlər edib.

Banker.az bu barədə “Nexia EA” audit şirkəti tərəfindən 2018, 2019 və 2020-ci illər üzrə maliyyə hesabatına verilən rəyə istinadla bildirir. Audit şirkətləri adətən geniş olaraq hesabatı təqdim edirlər, lakin dövlət şirkətinin təqdim etdiyində mənfəət/zərər, gəlirlər haqqında və eləcə də kapital dəyişmələri haqqındadır.

Qeyd edilir ki, 2018-ci ildə 33.82 milyon manat, 2019-cu ildə 27.29 milyon manat (bunu da qeyd edək: bu 2019-cu il üzrə hesabatda 17.78 milyon manat da göstərilir, lakin biz son rəqəmləri nəzərə almışıq) və nəhayət pandemiyanın start ili 2020-ci ildə isə 20.07 milyon manat xalis zərər edib.

1 yanvar 2018-ci ilə qədər balansında 161.39 milyon manatlıq illərin yığılmış zərəri mövcud idi. Qeyd edilən növbəti üç ildə yuxarıdakı rəqəmləri toplasaq 78.89 milyon manatlıq ümumi zərər edir ki, bu da 1 yanvar 2021-ci il tarixinə “Təmiz Şəhər” ASC 240.28 milyon manatlıq yığılmış zərərin artıq olması deməkdir.

“Təmiz Şəhər” artıq Azərbaycan İnvestisiya Holdinqinin idarə etməsinə verilib. AİH isə iri dövlət şirkətlərinin böyük hissəsi onun portfelindədir. İndi maraqlısı budur ki, bir çox dövlət şirkətləri hesabatlarını təqdim etmirdilər. AİH-dən sonra artıq onların hesabatları açıqlanmağa başlayıb.

AİH-in kommunal portfelində olan “Təmiz Şəhər” hələ ki, 2021-ci ilin audit hesabatını təqdim etməyib.

Şirkətin gəlirəri heç onun işçilərinə çəkdiyi xərci ödəmir, hətta bu qeyd edilən xərc az qala iki dəfə gəlirləri üstələyir. 2020-ci ildə 4.86 milyon manat gəlir əldə etdiyi halda, 8.27 milyon manat əmək haqqına xərc çəkib.

2020-ci il üzrə audit hesabatı belədir:23434234

 

2019-2018:

222

2017 balans:

21312312

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər