1. İnsanları fərasətli (ixtiraçı) olmağa sövq edir
Deyirlər ki, bütün böyük kəşflər tənbəllik səbəbindən edilib. Arximed hamamda yuyunaraq hidrostatik qanun kəşf edib, Mendeleyev isə hamı bilir ki, məşhur cədvəli yuxuda görüb. Eynşteyn də məktəbdə öz yaşıdlarından geri qalıb, Çörçil isə ömrünün sonuna qədər bir şüara sadiq qalıb “İdmansız həyat”.
Tənbəllik – proqresin mühərrikidir. Özünə və öz güclərinə heyfi gələn insan bir az fikrə dalır, hiyləgərcəsinə öz hədəflərinə nail olmağın ən sadə və ən effektiv üsulunu düşünüb tapır. Tənbəl insan müəyyən tapşırığın icrası üçün həm enerjiyə, həm zamana, həm də maliyyəyə qənaət edə biləcəkdir. Dincələrkən insan öz diqqətinə istirahət verir, beyin boşalır, bizim şüurumuz isə heç zaman yuxuya getmir, belə bir rahatlıq isə qeyri-iradi proseslərə üzə çıxmağa imkan vermiş olur.
Bu isə sizi hər hansı bir ideyaya sarı itələyə bilər.
2. Düzgün qərar qəbul etməyə kömək edir.
Yüz ölç, bir biç – bu sözü tələskən olmayan insanlar haqda deyiblər (“tələsən təndirə düşər” – məsələsi də həmçinin). Onlar həmişə qaça-qov iş ritmindən fikirlərini yayındırıb, hər şeyə yeni gözlə baxmağa macal və vaxt tapa bilirlər. Qərar qəbul etməkdə səlislik heç zaman ziyan gətirməz, əksinə insanı lazımsız və tələsik hərəkətlərdən xilas edər və bununla bağlı riskləri azaldar.
3. Həyatı uzadır
Alimlər çoxdan sübut ediblər ki, tənbəllik cana xeyirdir. Tənbəllik etməyi bacaran – həm də istirahət etməyi bacara bilən insan deməkdir. Tənbəllər stressə daha az məruz qalırlar. Zəhmətkeşlər və əməksevərlər işdə özlərini tükədir, stress üst-üstə yığılır, bu isə ciddi xəstəliklərə gətirib çıxarır. Ona görə də gərginlikdən uzaq olub, öz vaxtınızı düzgün bölməyi öyrənin. Öz həyat enerjinizi əbəs yerə sərf etməyin, çünki son nəticədə həyatın mənası heç də əbədi katorqada deyil.
4. Sizin öz işinizlə məşğul olmadığınızı göstərir
Tənbəllik həm də daxili müqavimətin nəticəsi ola bilər.
Elə hallar olur ki, heç cürə özünü işi görməyə məcbur edə bilmirsən?
İşi görməmək istəyi və bununla bağlı yaşanan psixoloji diskomfort hissi sizə elə bir problem haqqında siqnal verə bilər ki, onu öz həyatında nəyisə dəyişməklə həll etmək mümkündür. Məsələn peşəni və ya iş yerini dəyişmək. Beləliklə sizin tənbəlliyiniz ən yaxşı karyera məsləhətçisi ola bilər.