9 C
Baku
Thursday, December 12, 2024

Tənqidi necə düzgün qəbul etmək lazımdır

Əksər insanlar hətta cüzi tənqidi eyhamlara qarşı da çox həssas davranırlar. Bu ona görə baş verir ki, neqativ informasiya insanlar üçün daha çox əhəmiyyət kəsb edir, nəinki pozitiv, çünki daha qeyri adi olduğundan neqativ informasiya özünə qarşı daha çox diqqət cəzb edə bilir.

Artıq çoxdan məlumdur ki, tənqid o zaman lazımı nəticə verir ki, onun ünvanlanmış olduğu insanlarda həmin tənqidi düzgün qəbul etmək üçün zehni mexanizm olsun. Onları bu cür qruplaşdırmaq olar.    

Tənqid —nəyin isə qiymətini müəyyənləşdirmək, çatışmazlıqları üzə çıxarmaq məqsədi ilə müzakirə etmək və araşdırmaqdır; hər hansı bir şey haqqında mənfi fikir yürütmək, onun çatışmazlıqlarını qeyd etmək deməkdir (S.İ. Ojeqov).

Əksər insanlar hətta cüzi tənqid eyhamlarına qarşı da çox həssasdır. Bu ona görə baş verir ki, neqativ informasiya ümumiyyətlə insanlar üçün daha çox əhəmiyyət kəsb edir, nəinki pozitiv, çünki o daha qeyri adi təsir bağışlayaraq, özünə qarşı daha çox diqqət toplaya bilir. Məsələn mütəxəssislər tərəfindən sübut olunub ki, səsvermə zamanı insanların seçiminə daha çox təsir edən amillər arasında hər hansı bir namizədin layiqli xüsusiyyətləri deyil, çatışmayan tərəfləri daha çox yer tutur.

Bu o demək deyil ki, tənqidi insanlara təsir etmə üsulu kimi istisna etmək lazımdır. Amma ondan istifadə zamanı onun hansı formada, nə vaxt və necə bir məkanda səslənəcəyini mütləq nəzərə almaq lazımdır. Belə ki, yaxşı məşqçilər öz oyunçularını, heç vaxt oyundan dərhal sonra, emosiyaların hələ oyaq olduğu bir vaxtda tənqid etmirlər. Onlar səhvlərin müzakirəsini növbəti günə, əsəblərin daha sakit vaxtına saxlayırlar, necə deyilir, hər şeyi soyuq başla götür-qoy etmək gərəkdir.  Əks təqdirdə, onların tənqidi əsassız da ola bilər, bu halda onlar əbəs yerə idmançının qəlbinə dəyə bilərlər.

Bəs tənqidi məntiqi şəkildə necə dəyərləndirmək olar?

Öz ünvanımıza deyilən tənqidləri dinləməli olmaq yəqin ki, hər birimizin başına gəlir və bu heç də nadir hallarda olmur. Artıq çoxdan bəllidir ki, tənqid yalnız o zaman faydalı ola bilər ki, onun ünvanlanmış olduğu insanlar, onun  qavramaq üçün müvafiq əqli mexanizmə malik olsunlar.  Onları növbəti vəziyyətlərdə birləşdirmək olar:

1. Öz ünvanıma tənqid — mənim mükəmməlləşməm üçün olan şəxsi ehtiyatlardır.

2. Obyektiv tənqid — tənqid olunan şəxsə işindəki qüsur və çatışmazlıqları aşkar etmək və aradan qaldırmağa kömək etməyin formasıdır..

3. Mənim ünvanıma tənqid — mənim məşğul olduğun işin mükəmmələşməsi istiqamətlərinin göstərilməsidir.

4. Elə bir tənqid yoxdur ki, ondan azacıq da olsa xeyirli nəticə çıxarmaq mümkün olmasın.

5. İstənilən bir tənqidi qulaq arxasına vurmaq zərərlidir, necə ki, xəstəliyi içəriyə salmaq onun müalicəsi çətinləşdir, tənqidə də fikir vermədikdə mövcud çatışmazlaqları aradan qaldırmaq daha çətin olur.

6. Tənqidi iradların konstruktiv (işin yaxşılaşmasına qurulmuş şəkildə)  qəbul olunması tənqid edən şəxsi hansı motivlərin idarə etməsindən asılı ola bilməz (əsas odur ki, çatışmazlığın mahiyyəti düzgün göstərilmiş olsun).

7. Tənqidin işgüzar dərk olunması, onun kim tərəfindən (necə bir insan olmasından və hansı məqsədlərlə) söylənilməsindən asılı olmalı deyil.

8. Tənqidin dərk olunması onun hansı formada təqdim edildiyindən də asılı olmalı deyil; vacibi odur ki, çatışmazlıqlar düzgün təhlil edilmiş olsun.

9. Mənim ünvanıma olan tənqidlər məni daha da güclü edir, çünki onlar mənim uğur qazanmağıma mane olan nöqsanlarımı aradan qaldırmağa kömək edir, bəlkə də mən özüm bu nöqsanlara lazımınca diqqət yetirməzdim.

10. Konstruktiv qavramanın başlıca prinsipi belədir- mənim etdiyimi hər şeyi, daha da yaxşı şəkildə etmək mümkündür.

11.  Ən dəyərli xüsusiyyət isə -tənqiddə məntiqi toxum axtarıb-tapmaq qabiliyyətidir, hətta o ilk baxışda nəzərə çarpmasa da.

12. İstənilən  bir tənqid haqqında düşünməyə dəyər: ən minimumu onun hansı səbəbdən ortaya çıxmasını və ən  maksimum onu necə aradan qaldırmağı bilmək üçün.

13. Tənqidi iradların xeyirli tərəfləri ondan ibarətdir ki, onlar müzakirə zamanı toxunulmamış məsələləri təhlil edirlər.

14. Tənqidin düzgün qavranması istiqamətində ilk addım –fiksasiyadır; ikinci  isə–düşündükdən sonra onu işin xeyrinə necə istifadə etməyi müəyyən etməkdir; üçüncüsü –nöqsanın düzəldilməsi; dördüncüsü – onun təkrarlanmasına yol verməmək, yəni buna yol verməmək üçün bütün lazımı şərtləri təmin etmək.

15. Məni tənqid edirlərsə -demək mənim çatışmazlıqları aradan qaldıra bilmək bacarığıma və işin nöqsansız şəkildə qura biləcəyimə inanırlar.

16. Əgər mənim ünvanıma tənqid səslənmirsə- bu o deməkdir ki, mənə bir işçi kimi etina etmirlər, mənə qarşı laqeyddirlər.

17. Ən qiymətli tənqid  yaxşı işləyənin gerçək səhvlərini göstərir.

18. Mənim tərəfimdən qəbul edilmiş qərarların mümkün neqativ fəsadları haqqında deyilən tənqidlər- işdə xətaların baş verməməsi üçün qabaqlayıcı tədbir hesab olunmalıdır.

19.  Verilən suallarda tənqidi çalarları sezə bilmək – əməkdaşlarda çox vacib sayılan qabiliyyətlərdən biri, həmçinin işin təşkilindəki zəif məqamları müəyyən etmək üçün zəruri şərtdir.

20.  İnsanın gerçək işgüzar davranışı onunla müəyyən olunur ki, hətta açıq-aşkar tənqid olmasa belə, insan öz fəaliyyətinə qarşı olan tənqidi münasibəti dərk edə bilsin.

Son xəbərlər
Digər xəbərlər