17 C
Baku
Tuesday, April 30, 2024

Tənqidlərə necə cavab verməli?

Heç kim öz ünvanına söylənmiş tənqidləri sevmir. Lakin bu tənqidlər sayəsində öz səhvlərinizi görə bilərsiniz. Bəs əməkdaşlar və yaxud müdir tərəfindən edilən tənqidləri sakit şəkildə necə qəbul etmək mümkündür?

1. İnciməyin.

Müdir və işçilər tərəfindən sizə ünvanlanmış tənqidlərə dərhal cavab vermək lazım deyil. İlk olaraq emosiyaları iddialardan ayırmaq lazımdır. Tənqidin deyilmək tərzinə deyil, onun mövzusuna diqqət yetirin. Kolleqaların tənqidlərini təcili yardım kimi qəbul edin. Öz sahəsinin professionalı fikrini bildirdikdə, sakit və rahat şəkildə problemi həll etmək mümkündür.

2. Səbəbləri aydınlaşdırın.

Tənqid zamanı edilən iradların arxasında nələrin və kimin dayandığını aşkar etmək lazımdır. Sizi tənqid edən şəxsdən soruşun: “Sizin fikrinizcə nələri dəyişmək lazımdır?”. Əgər o cavab verə bilməsə, demək başqa maraqları təmsil edir.

Həmişə tənqiddən sonra deyilən sözlərə diqqət yetirin. Məsələn, müdir sizin ləng olduğunuzdan şikayətləndi və işdən sonra qalmalı olduğunuzu bildirdi. Onun tərəfindən bu yalnızca iş müddətini artırmaq üçün bir bəhanədir.

3. Dinclik.

Haqlı olduğunuzu sərtliklə sübut etməyə çalışmayın, dialoqu sakit bir şəkildə aparın. Tənqidçinin sizin mənliyinizə toxunduğunu göstərmək lazım deyil.

Sakitliyinizi qoruyun və məsələyə maraq göstərin. Tənqid edən şəxs səs tonunu yüksəltsə də, ona aqressiya ilə cavab verməyin. Sakit şəkildə səs tonunu dəyişməsini tələb edin. Bununla təşəbbüsü ələ almaq mümkündür.

4. Qazanmaq üçün cəhd edin.

Tənqidi başa düşmək və onu qəbul etmək istəmirsinizsə, haqlı olsanız belə heç bir nəticə verməyəcək. Buna görə də işin qəbul edilməsi üçün daxili quraşdırma lazımdır.

Əgər mütəxəssislərdən və yaxud rəhbərlikdən tənqid eşidirsinizsə – bu o deməkdir ki, onlar sizin imkanlarınıza inanırlar. Əgər ümumiyyətlə sizi tənqid etmirlərsə bu ya o deməkdir ki, siz idealsız, ya da tezliklə işdən azad ediləcəksiniz.

Tənqiddən fayda əldə etmək üçün birincisi onu dinləmək və başa düşmək lazımdır. İkincisi isə bu informasiyaları iş prosesində tətbiq etmək. Üçüncüsü isə səhvləri təkrar etməmək.

5. Minnətdarlıq.

Tənqidin sərt olub-olmamasından asılı olmayaraq həmişə sizi tənqid edən şəxsə minnətdarlıq edin. Tənqidin dəyərini anlaya bilən insana minnətdarlıq etmək də daha asandır.

Sərt tənqidlərə görə minnətdarlıq etmək tənqidçilərlə yaxşı münasibətlər qurmağa kömək edəcək. Bunun sayəsində, hər zaman çatışmazlıqları xatırladan bir insan əldə edəcəksiniz. Sizə isə yalnızca bunları düzəltmək üçün zaman tələb olunacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər